Bakıda 21 yaşlı Naxçıvan sakini qətlə yetirildi – VİDEO

Bakıda qətl törədilib. Hadisə Zabrat qəsəbəsində baş verib.

Naxçıvan  sakini, 21 yaşlı tələbə Xəyal Məmmədov mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Nəticədə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən X.Məmmədov orada keçinib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

%d bloqqer bunu bəyənir: