“Bu bayraq da bizimdir” – Türkiyənin məşhur serialında Azərbaycan səhnəsi – VİDEO

Ötən gecə Türkiyənin FOX telekanalında yayımlanan və Azərbaycanda da maraqla izlənilən “Savaşçı” serialının 22-ci bölümü yayımlanıb.

“Basta” Yenicag.aza istinadən xəbər verir ki, bu dəfə serialda Azərbaycanla bağlı səhnələr də yer alıb.

Məsələ burasındadır ki, terrorçular Azərbaycanın neft layihəsində çalışan 6 mühəndisi qaçırır.

Belə durumda isə Azərbaycanın Türkiyədəki səfiri qardaş ölkənin xüsusi təyinatlılarından dəstək istəyir. Və qarşı tərəf dərhal səfirə müsbət cavab verərək “bordo bereliler”i hadisə yerinə göndərir.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: