İsa Qəmbər Tiflis səfərindən və müsavatçının həbsindən yazdı

Ötən həftə “Keçmiş sovet respublikalarında azad bazar iqtisadiyyatı və siyasi azadlıqlar” mövzusuna həsr edilən tədbirdə iştirak etmək üçün Gürcüstanda səfərdə olmuş MSDM sədri İsa Qəmbər iştirak etdikləri tədbirin mahiyyətindən və həmin ərəfədə şərlənərək həbs edilən Müsavat Partiyası Şirvan Təşkilatının sədri Əlikram Xurşudovun həbsindən yazıb.

İsa Qəmbər 23-25 noyabr günləri Müsavat partiyası başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlı ilə birlikdə Tiflisdə olduğunu bildirib: 

“Müxtəlif ölkələrdən ictimai-siyasi xadimlərin və ekspertlərin iştirak etdiyi çox maraqlı beynəlxalq konfransda postsovet məkanında gedən sosial-iqtisadi və siyasi prosesləri müzakirə etdik. Onları dinlədik, öz sözümüzü dedik. Regionun bugünü və sabahı ilə bağlı ilginc və faydalı informasiya və fikir mübadiləsi oldu.

“Konfrans günlərində ölkəmizin hakim rejimi yenə “məharətini” nümayiş etdirdi: bərbad xarici siyasətini davam etdirərək Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlıq sammitində Ermənistana ciddi fərqlə uduzdu, repressiv daxili siyasətini davam etdirərək daha bir mübariz və fədakar insanı – Müsavat partiyasının Şirvan ş. təşkilat sədri Əlikram Xurşudovu siyasi sifariş və uydurma ittihamla həbs etdirdi.” – İsa Qəmbər özünün feysbuk səhifəsində bildirib.

“Yaxşı ki, doğma Tiflisdə bizim üçün elə müqəddəs məkanlar var ki, o məkanlar xalqımızın haqq yolunun nə qədər çətin və ləyaqətli olduğunu, bu yolda bizdən 100 illərlə əvvəl gedən böyük insanların olduğunu, bu yolun həqiqətə və şərəfə aparan yol olduğunu çox aydın şəkildə göstərir.
Biz də 25 noyabrda Tiflisin Milli Botanik Bağına getdik, bu gözəl məkanda daimi uyuyan nəhənglərin – Azərbaycanımızın ən dəyərli şairlərindən biri Mirzə Şəfinin, ictimai və fəlsəfi fikir tariximinin ən görkəmli şəxsiyyətlərindən biri Mirzə Fətəli Axundovun, Cümhuriyyətimizin liderlərindən Fətəli xan Xoylu və Həsən bəy Ağayevin – məzarlarını ziyarət etdik. Yola davam!” – İsa Qəmbər əlavə edib.

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: