Müsavatın daha bir təşkilat sədri polisə çağırıldı

Bu gün Müsavat Partiyasının Lənkəran təşkilatının sədri İman Əliyev polisə çağırılıb. Bu haqda Müsavat başqanının müavini Yadigar Sadıqov məlumat verib.

“Liman şəhər polisinə çağrılmışdı. Polis rəisini Lənkərana çağırdıqları üçün görüş yarımçıq qalıb. Çağırışa səbəb Liman icra hakimiyyəti başçısının keçirdiyimiz yığıncaqla bağlı polisə şikayət etməsi olub” – Yadigar Sadıqov bildirib.

Qeyd edək ki, noyabrın 26-da Müsavatın Lənkəran təşkilatında Gizli səsvermənin nəticələrinə görə İmanverdi Əliyev yenidən təşkilatın sədri seçilib. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: