Avropa Məhkəməsindən Türkiyəni və Azərbaycanı sevindirəcək qərar

Avropa İnsan Haqları Məhkəməsi “Mercan və digərləri İsveçrəyə qarşı” işi üzrə Türkiyə və Azərbaycan ictimaiyyətini sevindirəcək qərar qəbul edib.  

Ermənistan mətbuatının bu gün yaydığı məlumata görə, Avropa Məhkəməsi “erməni soyqırımı” iddiasını inkar etdiyinə görə mühakimə olunan Ali Mercan, Hesen Kamal və Etem Kayalının ifadə azadlığının pozulmasını tanıyıb. 2010-cu ildə İsveçrə Federal Məhkəməsi onları irqi diskriminasiyada təqsirli sayaraq, 4500 və 3600 frank cərimə ödəmələri haqqında qərar vermişdi. 

Avropa Məhkəməsinin noyabrın 28-də açıqlanan son qərarına görə, İsveçrə hökuməti şikayətçilərə təzminat olaraq 4988 avro və hüquqi xərclər üçün 25.156 avro ödəməlidir. 

Bundan əvvəl Avropa Məhkəməsi İsveçrədə fəaliyyət göstərən Türk fəhlə partiyasının sədri Doğu Perinçek haqqında analoji qərar çıxarmışdı. Doğu Perinçek İsveçrədə bir sıra konfranslarda iştirak edərək “erməni soyqırımı” iddialarını “beynəlxalq yalan” adlandırıb. Buna görə məsuliyyətə cəlb edilən Doğu Perinçek Lozanna məhkəməsinin 9 mart 2007-ci il tarixli qərarı ilə irqi ayrıseçkilikdə təqsirli bilinmişdi. Avropa Məhkəməsi isə bu işlə bağlı İsveçrə Məhkəməsinin ifadə azadlığını pozduğu haqda qətnamə çıxarmışdı. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com

 

 

 

%d bloqqer bunu bəyənir: