MSDM-in tədbiri Rusiya mediasında müzakirələrə səbəb oldu

Noyabrın 21-i Müsavat Partiyasının qərargahında  “2018-ci ilin prezident seçkisi: boykot, yoxsa iştirak?” mövzusunda dəyirimi masa keçirilib. Milli Strateji Düçüncə Mərkəzinin(MSDM) təşkil etdiyi tədbirə qatılan ictimai-siyasi qüvvələrin təmsilçiləri seçkidə iştirakı vacib məsələ kimi dəyərləndiriblər və gələn il prezident seçikisinə qatılmağa tərəfdar çıxdıqlarını vurğulayıblar.

Maraqlısı odur ki, ölkədə geniş müzakirələrə səbəb olan, “2018-ci ilin prezident seçkisi: boykot, yoxsa iştirak?” mövzusunda dəyirimi masa Rusiya mətbuatında da dərc olunub, sosial şəbəkədə yayılaraq ictimai müzakirəyə səbəb olub.

Rusiya mətbuatında MSDM-in tədbirinin təhlili barədə dərc olunan məlumatı şərh edən İsa Qəmbər belə deyib.

“MSDM-in seçki mövzusunda tədbiri (21 noy 2017) Rusiya mətbuatının da diqqətini çəkib, info yazıb təhlil etməyə çalışıblar, sonra da fb-da yayıblar. 

Doğrudur, infoda yanlışlar, təhlildə qərəz var, amma bəllidir ki, Moskva mediası hər zaman icitmai rəyə təsir etməyə daha çox meyllidir, nəinki ictimaiyyəti obyektiv məlumatlandırmağa. 

Olsun, biz doğru bildiyimiz yola davam edəcəyik.” –İsa Qəmbər bildirib.

Rusiya mətbuatında MSDM-in tədbiri barədə gedən məlumata buradan bax

 

XATIRLATMA

 

Noyabrın 21-i Müsavat Partiyasının qərargahında “2018-ci ilin prezident seçkisi: boykot, yoxsa iştirak?” mövzusunda dəyirimi masa keçirilib.

Milli Strateji Düçüncə Mərkəzinin(MSDM) təşkil etdiyi tədbirə qatılan ictimai-siyasi qüvvələrin təmsilçiləri seçkidə iştirakı vacib məsələ kimi dəyərləndiriblər və gələn il prezident seçikisinə qatılmağa tərəfdar çıxdıqlarını vurğulayıblar.

Müzakirələrdə MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, ReAl Hərəkatının təmsilçiləri Erkin Qədirli, Natiq Cəfərli  Azər Qasımlı, VHP təmsilçiləri Sabir Rüstəmxanlı, Arif İsmayılbəyli  Felmar Ələkbərov, seçki üzrə ekspertlər Ələsgər Məmmədli və Bəşir Süleymanlı, “Turan” agentliyinin direktoru Mehman Əliyev, istiqlalçı millət vəkili İsgəndər Həmidov, yazıçı Mehriban Vəzir, Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülaga Aslanlı, Divan üzvü Vəfa Cümşüdlü, Müsavat başqanın müavinləri Elman Fettah və Səxavət Soltanlı, NİDA və digər təşkilatların nümayəndələri iştirak ediblər.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: