Rza Zərrab AKP iqtidarının nazirinə 50 milyon avroya yaxın rüşvət verdiyini idda etdi

ABŞ-ın Nyu York şəhərində türkiyəli bankir Hakan Atillanın məhkəməsində AKP iqtidarı haqqında  sərt ittihamlar irəli sürülüb. 

Cumhurriyyet qəzetinin verdiyi məlumata görə, bu gün keçirilən prosesdə əslən Cənubi Azərbaycandan olan türkiyəli iş adamı Rza Zərrab şahid qismində ifadə verib. Rza Zərrab bank fırıldaqlarında istifadə olunan hesabın açılması üçün nazir Egemen Bağışdan yardım aldığını və keçmiş İqtisadiyyat naziri Zafer Çağlayana üst-üstə 50 milyon avroya yaxın rüşvət verdiyini etiraf edib.  

Qeyd edək ki, məhkəmədə “Halkbank”ın baş direktor müavini Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaq, bank saxtakarlığı, çirkli pulları yumaq və ABŞ qanunlarını pozmaq üçün müxtəlif pusqular qurmaqda ittiham edilir. 

İran azərbaycanlısı Reza Zərrab bundan əvvəl təqsirini boyununa alıb və ABŞ prokurorları ilə əməkdaşlıq barədə razılaşma əldə edib.

Bu razılaşmaya əsasən, Zərrab türkiyəli bank direktoru Mehmet Hakan Atillanın məhkəməsində əsas şahid qismində ifadə verməyə başlayıb.

Noyabrın 29-da keçirilən dinləmədə Zərrab deyib ki, o, 2012-ci ildə İrana dair sövdələşmədən öz qazancının yarısını Türkiyənin o zamankı iqtisadiyyat naziri Zafer Çağlayana verməyə razılaşıb. Türkiyə hökuməti bundan əvvəl bildirirdi ki, Çağlayan Türkiyə və beynəlxalq qanunların çərçivəsində hərəkət edib.

Türkiyənin dövlət bankı olan Halkbankda icraçı direktorlardan biri olan Mehmet Atillanın işi üzrə məhkəmə Ankara ilə Vaşinqton arasındakı münasibətləri daha da gərginləşdirib.

ABŞ prokurorları bu iş üzrə Çağlayan da daxil olmaqla, 9 nəfərə qarşı ittiham irəli sürüb. Hazırda bunlardan yalnız Zərrab və Atilla Birləşmiş Ştatlarda həbsdədirlər.

Prokurorlar bildirirlər ki, bu iş üzrə müttəhim olanlar çirkli pulların yuyulması üçün mürəkkəb sxem qurmuşdular. Bu sxemə görə, İrana qızıl ötürülür və əvəzində guya ərzaq alış-verişi barədə saxta sənədlərin köməyi ilə Tehrana ABŞ sanksiyalarından yan keçərək beynəlxalq bazarlara çıxış verilirdi.

Noyabrın 29-da keçirilən ikinci dinləmədə Zərrab deyib ki, Çağlayana ümimilikdə 50 milyon dollar məbləğində rüşvət verib.

Bunun müqabilində Çağlayan Zərrabın Halkbankla işləməsinə şərait yaradıb.

Zərrab deyib ki, bu məsələyə Çağlayanın müdaxiləsindən əvvəl Halkbankın ovaxtkı baş meneceri Süleyman Aslan iranlının çox məşhur olduğunu əsas gətirərək onunla işləməkdən intina edirmiş.

ABŞ-da başlanmış cinayət işində Aslana qarşı da ittihamlar var.

Zərrab bunu da bildirib ki, o, İranla bağlı maliyyə tranşlarının həyata keçirilməsi üçün Türkiyənin Aktif Bankından istifadə edib. Onun sözlərinə görə, bu bank əvvəlcə Zərraba hesab açmaq istəməyib, lakin bu məsələyə Tükiyənin ovaxtkı Avropa İttifaqı naziri Egemen Bağışın müdaxiləsindən sonra hesab açılıb.

Zərrabın dediyinə görə, Bağış onunla Aktif Bankın baş meneceri arasında görüş təşkil edib və bu görüşdən sonra iranlı tacirin adına hesab açılmasına icazə verilib.

Zərrab bildirib ki, Aktif Bank Birləşmiş Ştatlardan xəbərdarlıq aldıqdan sonra bu hesabı bağlayıb.

İranlı tacir habelə deyib ki, Atilla ona sanksiyalardan yan keçən tranşların təşkilində kömək edib. Zərrab bu barədə heç bir təfərrüat bildirməyib.

Türkiyə prezidenti Recep Tayyip Ərdoğanın hökuməti bildirir ki, ABŞ-da başlanmış cinayət işi siyasi motivlidir.

Məhkəmə prosesində iştirak edən Türkiyəli jurnalist Zeynep Erkan bildirir ki, Rza Zərrabın dindirilməsi daha iki gün davam edəcək. 

Zeynep Erkan bu gün keçirilən proses haqqında aşağıdakıları bildirib:

 

Mustafa Hacıbəyli

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: