Arif Hacılı Amsterdama getdi

Müsavat Partiyasının başqanı Arif Hacılı və onun xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı ötən gecə Hollandiya paytaxtı Amsterdama yola düşüblər.

Müsavat təmsilçiləri burada üzvü olduqları Avropa Liberal Demokrat İttifaqının (ALDE) növbəti qurultaynda iştirak edəcəklər. Müsavat Partiyasının mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, 2-4 dekabr tarixində keçiriləcək qurultayda ALDE-nin yeni rəhbərliyi seçiləcək, ittifaqın fəaliyyət istiqamətlərinə dair qərarlar qəbul ediləcək.

Qeyd edək ki, ALDE Avropanın liberal yönümlü siyasi partiyalarının transmilli ittifaqıdır. Bu ittifaq Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında və NATO-nun Parlament Assambleyasında təmsil olunub.

Müsavat Partiyası 2006-cı ildən ALDE-nin üzvüdür.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: