Bloger saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, videobloger Namiq Sadıqlı noyabrın 30-da saxlanılıb. 5 nəfər mülki geyimli şəxs fəalı evindən aparıb. O hazırda Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində saxlanılır.

Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.

N.Sadıqlı İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham edilir.

İttihama görə onu cərimə və ya bir ayadaək inzibati həbs gözləyir.

AXCP fəalın saxlanılmasının səbəbini sosial şəbəkələrdə yaydığı tənqidi video materlları ilə izah edir.

Bu gün Nəsimi rayon Məhkəməsi fəala qarşı irəli sürülmüş ittihama baxacaq.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: