Telefon oynadan deputatlar spikerin qəzəbinə tuş gəldi

“Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də!”

Sən demə Milli Məclisin iclasları gedən vaxt deputatlar telefonları ilə oynayırmışlar. 

Hər dəfə bunu göz ardına vuran Oqtay Əsədov Milli Məclisin bugünkü iclasında deputatlara əsəbi şəkildə xəbərdarlıq edib, bir növ təpinib.

Oqtay Əsədov: “Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də! Telefonları gətirirsiniz iclasa, dinimirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!” – deyib.

Milli Məclisin iclasına smartfon telefonların keçirilməsi bir neçə vaxt öncə qadağan olunsa da, deputatlar arxayınlıqla telefonlarını içəri keçirir, iclas zamanı zənglər edir, telefonları ilə oynayırmışlar.

Ənənəvi olaraq intizam qaydalarını pozan deputatlar bu gün spikerdən sərt xəbərdarlıq alıblar.

 

Könül Alı

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: