Yasmine Ryan öldürüldü: “TRT World” ə kim mesaj verir?

10 ildir jurnalist fəaliyyəti ilə məşğul olan “TRT World” ün redaktoru Yasmine Ryan müəmmalı şəkildə ölüb.

“TRT World” ün əməkdaşının şübhəli ölümü hansı mənanı verir?…

Dünən axşam saatlarında Ortaköydə rəfiqəsinin evinə qonaq gedən Yasmine Ryan 5-ci mərtəbədən düşərək ölüb.

AAEAAQAAAAAAAAj5AAAAJDUyNDQ1MTI4LTlmODAtNDk2Ny04ZmM1LWZlMTkyYzhkZmNmYQEvində qonaq qaldığı rəfiqəsinin iddiasına görə Yasmine Ryan yatdığı otağın pəncərəsindən düşərək ölüb. O, bildirib ki, yatmışdı, gurultuya oyanıb rəfiqəsinin otağına qaçıb, pəncərəni açıq görüb və həmən aşağı qaçdığında Yasminenin cəsədi ilə qarşılaşıb. 

Təcili yardım dəstəsinin olay yerinə gəldiyində müdaxiləsi də, Yasmineni həyata qaytarılmasına kömək etməyib. Yasminenin cəsədi incələnmək üçün ekspertizaya (Adli Tıp Kurumuna) götürülüb.

Polis hadisənin sirr pərdəsini aralamağa çalışarkən, olayın şübhəli ölümlər sırasına keçdiyi bilindi.

İddiaya görə bu ölüm hadisəsi bəsit intihar və ya təsadüfü qəza bəzəyi vurulmuş sui-qəsddir. 

Bildiyiniz kimi “TRT World” Türkiyənin dünyaya acılan pəncərəsi və tanınması baxımından çox önəmli missiya daşıyan bir yayın kanalıdır.

Yasmine Ryan kimdir?

Yasmine Ryan jurnalist fəaliyyətinə 10 il bundan qabaq Yeni Zellandiyada başlayıb. 34 yaşında şübhəli ölümüylə dünya mediasının gündəminə gələn jurnalist 2010-cu ildə “Ölkələrarası Mükəmməllik Mükafatı” alıb. “New York Times” və “Herald Tribne” üçün canlı yayın proqramlarının aparıcısı və videojurnalisti olan Ryan sonradan “Al Jazeere English”də çalışıb. Ryan 10 il boyuyunca ancaq qaynar bölgələrdə jurnalistik fəaliyyətlə məşğul olub.

 

….İddiaya görə Yasmine Ryan “Türkiyə-İngiltərə” müttəfiqliyinin qurbanı olub.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: