Müsavat rəhbərliyi ALDE qurultayının açılış mərasimində iştirak etdi- Foto

Müsavat rəhbərliyi ALDE qurultayında iştirak edir.

Müsavat Partiyasının başqanı Arif Hacılı və onun xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı ALDE-nin(Avropa Liberal Demokrat İttifaqı) Hollandiyanın paytaxtı Amsterdamda keçirilən qurultayında iştirak etmək üçün səfərdədir.

Müsavat Partiyasının mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, Müsavat Partiyasının başqanı Arif Hacılı və onun xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı dünən ALDE qurultayının açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, ALDE Avropanın liberal yönümlü siyasi partiyalarının transmilli ittifaqıdır. Bu ittifaq Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında və NATO-nun Parlament Assambleyasında təmsil olunub.

Müsavat Partiyası 2006-cı ildən ALDE-nin üzvüdür.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: