Müsavatın üzvü olduğu ALDE yeni prezidentini seçdi – Foto

Avropa Liberal Demokrat İttifaqı (ALDE) qurultay keçirib. 

Müsavat Partiyasının başqanı Arif Hacılı və onun xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı ALDE-nin(Avropa Liberal Demokrat İttifaqı) Hollandiyanın paytaxtı Amsterdamda keçirilən qurultayında iştirak edib. 

Qurultayda iştirak edən Səxavət Soltanlı “Basta” ya bildirb ki, Avropa Parlamentinin xarici siyasət məsələləri üzrə koordinatoru Hans van Baalen ALDE-nin yeni prezidenti seçilib.

24293978_10155813027589590_4926639290276092638_n24293893_10155815921689590_4929891905099748440_n24296561_10155815937099590_4448634692312706351_n24177152_10155815882749590_1528467104030514973_n24232044_10155815925744590_6989340474592314987_n24232064_10155815925394590_7362172321621450563_n24131560_1843333539028561_2542284521488714576_n24774689_10155815925749590_1272257178398919144_n

Qeyd edək ki, ALDE Avropanın liberal yönümlü siyasi partiyalarının transmilli ittifaqıdır. Bu ittifaq Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında və NATO-nun Parlament Assambleyasında təmsil olunub.

Müsavat Partiyası 2006-cı ildən ALDE-nin üzvüdür.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: