Müsavatın Yevlax təşkilatı konfrans keçirdi

Müsavat Partiyasının Yevlax təşkilatı bu gün ümumi yığıncağını keçirib.

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya daxil olan məlumata görə bu gün Yevlax müsavatçılarının keçirdiyi ümumi yığıncaqda təşkilatın yeni strukturu formalaşıb.

Gizli səsvermə ilə keçirilən seçkidə Firidun Muxtarov təşkilatın sədri seçilib.

Eyni zamanda sərbəst Şura üzvləri və NTK-ya seçkilər keçirilib.

Toplantıda Müsavat Divanının üzvü Razim Əmiraslanlı, MNTK üzvü Əli Həsənov, Məclis üzvü Kərimxan Zeynalov iştirak edib.


Bastainfo.com

%d bloqqer bunu bəyənir: