Saakaşvili tərəfdarları ilə birlikdə Kiyev küçələrində aksiyaya başladı

Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin “Yeni qüvvələrin hərəkatı” tərəfindən təşkil edilmiş “İmpiçment uğrunda marş” şüarı ilə aksiya keçirilir.

“Report” xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Qeyd edilir ki, aksiyanın bir neçə min iştirakçısı Taras Şevçenko adına parkda toplaşıblar. Bundan sonra onlar hökumət orqanlarının binasına tərəf gediblər.

Aksiyaçılar bildiriblər ki, Ukraynada vəziyyət prezident Petr Poroşenkonun xalqın impiçmenti yolu ilə yaxşılaşa bilər. Mitinqçiləri hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət edirlər. 

Aksiya zamanı ictimai asayişin pozulması qeydə alınmayıb.  

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: