Türkiyədə alkoqol, saç və musiqi qadağası

Türkiyədə, kişilərin saçlarını qara rəngləməsi qəbuledilməz elan edildi. Yeni Şafak nəşri tərəfindən verilən məlumata görə, ölkənin Diyanət İşləri İdarəsi tərəfindən müvafiq  fətva verilib.

“Saçlar, saqqal və bığlar –  insanları aldatmaq məqsədi yoxdursa boyalı ola bilər. Amma kişilərin saçlarını qara rəngə boyaması qəbul edilə bilməz”,  Diyanətin möminlərin suallarına yazdığı cavablarda deyilir. Zəruri olduqda, qara rəngin yerinə daha təbii xına təklif olunur.

Diyanətə görə, İslam prinsiplərinə zidd olan musiqi dinləmək günahdır.

“Musiqinin dindəki yeri nədir? İslamın prinsipləri və prinsiplərinə zidd olan və haramları təşviq edən musiqilərə qulaq asmaq və dinləmək günahdır”.

Alkoqol və digər haram məhsulların satıldığı bir yerdə işləmək olarmı? sualına Diyanət İşləri Bakanlığının cavabı belə olmuşdur: “Peyğəmbər Əfəndimiz (s.ə.v.) bildirmişdir ki, haram məhsullar istifadə edənlər, onu düzəltmiş və realizə edən şəxslər qədər eyni günaha sahibdirlər. Bu baxımdan, alternativ imkanlar olduğu müddətdə haram buyrulmuş məhsulların iş yerlərində işləməyə icazə verilmir. Ancaq yaşamaq üçün başqa bir iş tapa bilməyənlər ehtiyac duyulduğuna görə belə bir iş yerində işləyə bilər”. 

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: