Əlikram Xurşidovun müdafiə komitəsi yaradıldı

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  görülən işlər və qərarların icrası barədə məlumat verib.

Divan üzvü Razim Əmiraslanlı Yevlax rayon təşkilatının ümumi yığıncağı, seçkili orqanlara keçirilmiş seçkilər barədə məlumat verib.

Müsavatçıların siyasi məhbusların keçən həftə keçirilən məhkəmə proseslərində iştirakları müsbət qiymətləndirilib.

Divanda Şirvan rayon təşkilatının sədri, siyasi hakimiyyət tərəfindən şərlənərək həbs edilən Əlikram Xurşudovla bağlı yaradılan müdafiə komitəsinin ilk yığıncağının dekabrın 6-da saat 13:00-da Müsavat Partiyasının mərkəzi qərargahında  keçirilməsi razılaşdırılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılının və müavini Səxavət Soltanlının  Amsterdam şəhərində keçiriən ALDE-nin qurultayında iştirakı, eləcə də ölkədə ictimai-siyasi vəziyyət müzakirə edilib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: