Vladimir Kara-Mirzə İsa Qəmbərə salam göndərdi

Müsavat başqanı Arif Hacılı ilə birlikdə Amsterdamda ALDE-nin qurultayında iştirak etmək üçün səfər edən Müsavat başqanının Xarici siyasət Məsələləri üzrə müavini Səxavət Soltanlı qatıldıqları görüşlər barədə yazıb. 

“Amsterdamda, ALDE-nin qurultayı çərçivəsində maraqlı tədbirlər, görüşlər oldu.

Ən maraqlılarından biri də Boris Nemtsov haqqında filimin təqdimatı oldu. 

Təqdimatın keçirildiyi zalda demək olardı ki, yer yox idi. 30 dan çox Avropa Parlamentinin üzvü , bir o qədər partiya rəhbərlərinin, qurultay iştirakçılarının təqdimatına qatıldığı sənədli film həqiqətən çox gözəl hazırlanmışdı, möhtəşəm idi. 

Təqdimtdan sonra Arif bəy filmin müəllifi həm də “Açıq Rusiya” təşkilatının liderlərindən biri Vladimir Kara- Mirzəyə Müsavat Partiyası adından təşəkkürünü çatdırdı.

Kara Mirzə Müsavatı, Isa Qəmbəri, Arif bəyi yaxşı tanıdığını bildirdi, sadəcə hələ də Isa Qəmbərin başqan olduğunu bilirmiş.

Isa bəyə salamını və hörmətini çatdırmağı xüsusi xahiş etdi deyə, mən də bu salamı xüsusi qaydada, status formasında Amsterdamdan Bakıya yollayıram .”aldearif

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: