Zərrab sorğulanmasında 17 nəfər gözaltına alındı

ABŞ-da açılmış cinayət işində şahidlik edən Rza Zərrabın yaxınlarının Türkiyədə gözaltına alınması prosesi davam edir.

“Basta” Türkiyənin “Hürriyet” qəzetinin yaydığı məlumata istinadən bildirir ki, Rza Zəvvab sorğu-sualında gözltına alınanların sayı 17 nəfərə çatdı.

Qəzetin yazdığına görə İstanbul Cümhuriyyət Prokurorluğunun qərarına görə şübhəli Rza Zəvvabın 17 yaxını gözaltına alındı.

Qeyd edək ki, İstanbul Cümhuriyyət Prokurorluğu “Türkiyə Cümhuriyyəti Dövlətinin güvənliyi, daxili və xarici siyasi xeyiri baxımından gizli qalmasının vacib olduğu məlumatları xarici dövlət lehinə hərbi və siyasi cəsusluq məqsədi ilə təmin etmə”  ittihamı ilə Rza Zərrabın və onun yaxınlarının mal-mülkünün müsadirə olunmasına qərar verib.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: