Avropa Şurasının Nazirlər Kabineti İlqar Məmmədovla bağlı qərar verdi

Avropa Şurasının Nazirlər Kabineti İlqar Məmmədovla bağlı qərar verdi.

By barədə məlumatı  hüquq müdafiəçisi Rəsul Cəfərov öz “Facebook” səhifəsində yazıb.

Rəsul Cəfərov bildirib ki, ReAl sədri Ilgar Mammadov-la bağlı Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) bu gün növbəti mühüm qərar qəbul edib.

“AŞNK rəsmi olaraq bu qərarı icra etməməklə hökumətin üzərinə götürdüyü öhdəliklərə riayət edib-etməməsini müəyyən etmək üçün Avropa Məhkəməsinə sorğu göndərdi. Bu Avropa Şurası tarixində ilk dəfədir ki, baş verir.

Bu qərarın əhəmiyyətini bu cür görürəm:

1. skeptiklərin gözləntilərinin əksi olaraq NK mövqeyindən geri çəkilmədi və İlqarın qeyd-şərtsiz azadlığa çıxması üçün əlində olan yeganə mexanizmi işə saldı (fikrimcə çox gec etdilər bunu, amma heç olmamaqdansa gec olması yaxşıdır)

2. “Qərarda dərhal azadlığa buraxılmalıdır ifadəsi yoxdur” kimi söz-söhbətlərin üstündən xətt çəkildi və hökumətin son istifadə etdiyi bu arqumentin qəbul edilmədiyini göstərmiş oldu.

Qeyd: Qərarın lehinə 47 üzv-dövlətdən 39-u səs verib, yəqin artıq hamıya aydındır ki, bu mövqeyin güya Yaqlandın şəxs mövqeyi və ya avantürası olması ilə bağlı oyun (az qala rəsmi təbliğat əslində) alınmadı.” – Rəsul Cəfərov əlavə edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: