Azərbaycanda növbədənkənar prezident seçkiləri olacaq?

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

APA xəbər verir ki, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Növbədənkənar prezident seçkiləri ilə bağlı müddəanın qəfil yada düşməsi siyasi müşahidəçilərin təəccübünə səbəb olub. İstisna deyil ki, hakimiyyət növbədənkənar prezident seçkiləri planlaşdırdığı üçün məcələni dəyişmək və cəmiyyətin bu prosesə hazırlaşmaq imkanını mümkün qədər azaltmaq məqsədilə seçki dövrünü qısaltmaq qərarına gəlib.

 

Bastainfo.com  

%d bloqqer bunu bəyənir: