Saakaşvili Radanın komitəsini ələ keçirdi – Canlı yayım

“Yeni Qüvvələr Birliyi” Partiyasının (RUH) lideri Mixail Saakaşvili Ukraynada Ali Radanın “Kiyev” otelində olan daimi komitəsinin ərazisini zəbt edib.

Bu haqda Ukraynanın “112” telekanalı baş prokuror Yuri Lutsenkoya istinadən məlumat yayıb. Saakaşvili tərəftarları ilə birgə komitənin yerləşdiyi əraziyə daxil olub, buradakı mühafizəçiləri qovub. Lutsenko bu cinayətə görə Saakaşvilinin məsuliyətə cəlb olunacağını deyib.

Ukrayna mətbuatı Saakaşvili tərəfdarlarının Rada binası qarşısında keçiridiyi aksiyadan canlı yayım paylaşır. Sosial şəbəkədə olan çoxsaylı yorumların birində deyilir: “Artıq Ukraynanı gürcü idarə edir”.

Saakaşvili axşam saatlarında Kiyevdə keçirdiyi mitinqdə Ukraynanın bütün müxalifət partiyalarını prezident Petro Paraşenkoya qarşı birləşməyə çağırıb.

“Biz hakimiyyətin növbəti hücumlarına hazır olmalıyıq, bu hücümları birgə dəf etməliyik və əks hücuma keçməliyik”, – Saakaşvili deyib. 

Qeyd edək ki, dünən Ukrayna hüquq mühafizə orqanları Mixeil Saakaşvilini həbs etməyə cəhd göstərsə də, tərəfdarları buna imkan verməmişdi.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: