Fələstin lideri xalqını silahlı müqavimətə çağırdı

Fələstin dövlətinin başçısı Mahmud Abbas xalqı Qüdsü və ölkənin işğal altında olan digər torpaqlarının geri qaytarılması uğrunda silahlı müqavimət göstərməyə çağırıb.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, Fələstin lideri bunu ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra bildirib. 

M.Abbas deyib ki, Trampın qərarının heç bir hüquqi əsası yoxdur: “Qüds ərəb-müsəlman və xristian şəhəridir. Qüds Fələstinin əbədi paytaxtıdır. Vaşinqton bu qərarı ilə beynəlxalq və ikitərəfli sülh prosesinin altını qazıyıb. Bu, ABŞ-ın sülh danışıqlarından çəkildiyi anlamına gəlir”. 

Hazırda Fələstinin bütün bölgələrində Donald Trampın qərarına etiraz olaraq aksiyalar keçirilir.

 

XATIRLATMA

 

Prezident Donald Trump deyib ki, Birləşmiş Ştatlar bundan sonra Yerusəlimi İsrailin paytaxtı kimi tanıyır.

Onun bu bəyanatı İsrailin alqışını qazansa da, dünyanın başqa yerlərində kəskin pislənib.

Trump dekabrın 6-da etdiyi çıxışda həm də bəyan edib ki, Dövlət Departamentinə ABŞ səfirliyinin Tel Əvivdən mübahisəli Yerusəlim şəhərinə köçürülməsi hazırlığına başlamaq göstərişi verib. Ekspertlər bu prosesə 4 ilədək vaxt lazım gələcəyini deyirlər.

Trump çıxışında deyib: “Mən qət etmişəm ki, Yerusəlimi rəsmən İsrailin paytaxtı kimi tanımağın vaxtı çatıb. Bu gün biz onsuz da aşkar olan bir şeyi təsdiq edirik: Yerusəlim İsrailin paytaxtıdır. İsrail də bütün suveren ölkələr kimi öz paytaxtının harada olmasını müəyyən etmək haqqına malikdir”.

Beləliklə Trump Birləşmiş Ştatların onilliklərdən bəri davam edən siyasi xəttini dəyişib. Bu siyasətə görə şəhərin statusu Şərqi Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı hesab edən fələstinlilərlə danışıqlarda, “iki dövlət” formulu üzrə müəyyən olunmalı idi.

Trump deyib ki, “o hələ də həm israillilər, həm də fələstinlilər üçün məqbul sayılacaq sülh sazişinin əldə edilməsi üçün qüvvəsində olan hər bir şeyi etmək niyyətindədir”.

Əksər ölkələr İsrailin bütün Yerusəlim üzərində suverenliyini tanımır. Bu şəhərdə müsəlmanlar, yəhudilər və xristianlar tərəfindən sitayiş edilən çox sayda müqəddəs məkanlar var.

İsrailin baş naziri Benjamin Netanyahu Trump-ın qərarını “tarixi” adlandırıb və başqa ölkələri də ABŞ-dan nümunə götürərək səfirliklərini Yerusəlimə köçürməyə çağırıb. Azadlıq Radiosunun xəbərində belə deyilir.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: