Müsavat başqanı Trampın Qüdslə bağlı qərarına münasibət bildirdi

Müsavat başqanı Arif Hacılı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə münasibət bildirib.

“Donald Tramp Qüdsü İsrailin paytaxtı elan edib. Seçicilərinə vəd veribmiş. Tramp qeyd edir ki, ondan əvvəlki prezidentlər də seçkiqabağı çıxışlarında bu barədə danışsalar da, sonra bu vədlərinə əməl etmədilər. 
Mən Trampdan əvvəlki prezidentlərin seçkiqabağı kampaniyalarının detallarını xatırlamıram, amma əminəm ki, “Yerusəlim İsrailin paytaxtıdır”- bəyanatı verməməklə düzgün olanı ediblər. Çünki, dövlətlər və millətlər arasında münasibətlərə təsir edən qərarlar ayrı-ayrı siyasətçilərin maraqlarına, mülahizələrinə, vədlərinə əsasən deyil, beynəlxalq hüquq normalarına, ədalət prinsiplərinə, tərəflərin maraqları nəzərə alınaraq qəbul edilməlidir.” – Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

Bastainfo.com 

 

%d bloqqer bunu bəyənir: