Vəkillər Kollegiyasına yeni sədr seçildi

Bu gün, dekabrın 7-də Vəkillər Kollegiyasının konfransı keçirilib.

Konfransda 100-dən çox vəkil iştirak edib. Toplantıda Rəyasət Heyətinin üzvü Anar Bağırov Vəkillər Kollegiyasının sədri seçilib. Qeyd edək ki, bundan əvvəl kollegiyanın sədri Azər Tağıyev səhhəti ilə əlaqədar istefa verib.

Konfransda həmçinin Rəyasət Heyətinin yeni tərkibi formalaşıb. Rəyasət Heyətinin tərkibinə ədliyyə naziri, İlham Əliyevin qohumu Fikrət Məmmədovun oğlu Fariz Məmmədov da üzv seçilib.

Mənbə bildirir ki, Anar Bağırov müstəqil vəkil Yalçın İmanovun kollegiyadan xaric edilməsində xüsusi fəallıq göstərib. Ekspertlər hesab edir ki, bu konfransdan sonra Vəkillər Kollegiyasının rəhbərliyi tamamilə Ədliyyə Nazirliyinin nəzarətinə keçib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: