Əfqan Muxtarlının məhkəməsi və Müsavat başqanının müsahibəsi “Rustavi 2″nin baş xəbəri oldu – Video

 Gürcüstanın “Rustavi 2” telekanalı baş xəbər olaraq həbsdə olan jurnalist Əfqan Muxtarlının bu gün Balakən Rayon Məhkəməsində keçirilən məhkəmə prosesindən reportaj yayımlayıb. Reportajda Əfqan Muxtarlının Gürcüstanda oğurlanmasından sonra Azərbaycanda ona qarşı irəli sürülən ittihamların saxta olduğu bildirilir. 

Gürcüstanın ən populyar telekanalı həmçinin Leyla Mustafayevanın atası, Müsavatın Qazax rayon təşkilatının sədri İlqar Mustafayevin, vəkil Nemət Kərimlinin və Müsavat başqanı Arif Hacılının məhkəmə prosesi barədə fikirlərini yayımlayıb. Arif Hacılı Əfqan Muxtarlının tanınmış jurnalist olduğunu, onun tənqidi yazıları və araşdırmalarına görə hakimiyyətin sifarişi ilə oğurlanaraq absurd itihamlarla həbs edildiyini bildirib. 

 Bastainfo.com