Elman Fəttah: Divan üzvü olaraq qalıram

“Bu, köhnə məlumatdır, sadəcə, idarəetmədə fikir ayrılıqlarına görə müavinlikdən istefa vermişəm, Divan üzvü olaraq qalıram”.

Bu sözləri Müsavat Partiyasının Divan üzvü Elman Fəttah mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, bu gün axşam bir sıra saytlarda Elman Fəttahın istefa verdiyi haqqında məlumat yayılıb.

 

Bastainfo.com