Rəsulzadənin silahdaşı Dadaş Həsənzadənin yubileyi qeyd edildi

Bu gün Müsavat Partiyasının qərargahında 1923-1926-cı illərdə “Gizli Müsavat”ın rəhbərlərindən biri olmuş Dadaş Həsənzadənin yubileyi qeyd edilib.

Məhəmməd Əmin Rəsulzadənin Finlandiyaya qaçırılması əməliyyatında iştirak etmiş, 1927-ci ildə Solovki həbs düşərgəsində bolşeviklər tərəfindən güllələnmiş Dadaş Həsənzadənin 120 yaşı tamam olur. 

Tədbirdə Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Dadaş Həsənzadənin qohumları – doktor Aydın ƏlizadəNicat Mərdanzadə, professor Telman Əliyev, istiqlalçı millət vəkili İsgəndər Həmidov, MNTK sədri Sevinc Hüseynova, professor Almaz Əliqızı, Müsavat başqanının müavini Yadigar Sadıqov və digərləri çıxış ediblər. 

Dadaş Həsənzadənin ABŞ-da yaşayan qohumu Nazim Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.

Çıxışlarda  Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə Dadaş Həsənzadənun rolu və onun qəhrəmanlıq səlnaməsinin təbliğ edilməsi zərurəti qeyd edilib.

Tədbirin videosunu təqdim edirik:

 

 

25579155_1593754827385725_689623315_o

könül

 

 

Bastainfo.com