Azərbaycan nefti 70 dollaradək bahalaşıb

“AzəriLayt» markalı neftin bir barrelinin qiyməti 1.30 dollar bahalaşıb.

Azərtac agentliyinin məlumatına görə, hazırda Azərbaycan nefti 69.89 dollara satılır.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti də 0.33 dollar artıb.

Hazırda “Brent” nefti 68.17 dollara satılır.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0.52 dollar bahalaşaraq 62.15 dollara yüksəldiyi açıqlanıb.

Bu, son illər Azərbaycan neftinin qeydə alınan ən yüksək qiymətidir.

2014-cü ildən neftin qiymətində ucuzlaşma baş verib. Azərbaycan “qara qızıl”ının ən baha dövrü 2008-ci ildə qeydə alınıb.