Seçiciləri məntəqələrə aparmaq üsülu – selfi

Rusiya prezidentinin administrasiyası 18 mart seçkisində regionlarda seçici aktivliyini artırmaqdan ötrü tövsiyələr hazırlayıb. Layihələrdən biri “Seçkidən foto” müsabiqəsidir.

İştirakçılara təklif olunur ki, seçici məntəqəsində şelfi çəkib sosial şəbəkələrdə həştəqlərlə yerləşdirsinlər və priz qazanmaq şansı əldə etsinlər. Bu barədə RBK saytı yazır.

Layihə müəlliflərinin fikrincə, bu, “pozitiv fonun və məntəqələrdə bayram mühitinin yaranmasına” və gənc seçicilərin səfərbər olunmasına kömək etməlidir. RBK-nin Kremlə yaxın iki mənbədən aldığı məlumata görə, konkursda mükafat kimi iPhone və iPad veriləcək.

Seçici fəallığını artırmaq niyyəti güdən daha bir layihə – “Böyük ailə oyunları”dır. Bu, seçki məntəqələrinə övladlarıyla gələn valideynlər üçün silsilə konkurslardır.

70 FAİZ

Ötən sentyabrda hakimiyyət regional və yerli seçkilərdə seçici fəallığını yüksəltmək üçün şelfi, fleşmob, hətta tanışlıq saytlarından istifadə edirdi.

Daha öncə yayılan məlumata görə, Kreml seçicilərin 70 faizinin seçkiyə gedəcəyini və “əsas namizəd”in qalib gələcəyini düşünür. Media yazırdı ki, hakimiyyət seçicilərə administrativ təzyiq olmadan “real fəallığ”ın təmin olunmasına göstəriş vermişdilər. Amma dekabrda “Levada” sorğu mərkəzinin açıqladığı rəy sorğusuna görə, rusiyalıların yalnız 58 faizi martın 18-də məntəqələrə getmək niyyətini açıqlayıb.

Yanvarın 10-da Moskvada indiki prezident Vladimir Putin-in seçki qərargahı açılır. Burada çağrı mərkəzi və ictimai qəbul məntəqəsi fəaliyyət göstərəcək. “Dojd” televiziyası bildirir ki, seçki kampaniyası zamanı buraya prezident administrasiyasının bir neçə əməkdaşı da köçəcək.

Prezident Vladimir Putin seçkiyə müstəqil namizəd kimi gedir.

Müxalifətin aparıcı fiquru Alexei Navalny seçkiyə buraxılmayıb və seçkini boykota çağırıb.

Tənqidçilər seçkiyə müstəqil namizəd kimi qatıldığını bildirən bir sıra fiqurları hakimiyyətin səsverməyə demokratik görüntü vernəkdən ötrü ortaya atdığını bildirir.

 

AzadliqRadiosu