“Sovet repressiyaları, NKVD zorakılıqları, Solovki dəhşətləri unudulmadığı kimi, bu gün baş verənlər də unudulmayacaq”

Sovet repressiyaları, NKVD zorakılıqları, Solovki dəhşətləri unudulmadığı kimi, bu gün baş verənlər də unudulmayacaq.

Oğurlanaraq Tiflisdən Bakıya gətirilən, ağlasılmaz cinayətlə ittiham olunan müstəqil jurnalist Əfqan Muxtarlının məhkəməsi bu gün yekunlaşıb. Ona 6 il iş verilib. Məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı bu barədə özünün “Facebook” səhifəsində status yazıb.

“Tbilisidə oğurlanaraq gətirilib, sonra sərhəd pozucusu kimi ittiham edilən Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi.

Bu böyük cinayət hadisəsidir.

Bu cinayətin tərkibində adam oğurluğu da, beynəlxalq hüququn pozuntusu da, işgəncə faktı da, qanunsuz həbsdə saxlama da, sifarişli məhkəmə qərarı da … var.

Əfqan Muxtarlı yaxınları həlak olarkən dəfn mərasiminə belə buraxılmadı, ünvanına müxtəlif böhtanlar deyilərkən ərazi bütövlüyümüz uğrunda fədakar mübarizəsi nəzərə alınmadı.

Sovet repressiyaları, NKVD zorakılıqları, Solovki dəhşətləri unudulmadığı kimi, bu gün baş verənlər də unudulmayacaq.

… Hər kəs bilir ki, Əfqan Muxtarlı günahsızdır. Bunun Ədalət Mühakiməsi tərəfindən təsdiq olunacağı gün də uzaqda deyil.”- Arif Hacılı bildirib.

 

Bastainfo.com