Avstriyada yeni hökümət əleyhinə etiraz mitinqi keçirilir

Minlərlə avstriyalı paytaxt Vyanada yürüş keçirərək ölkənin yeni sağcı hökümətinə qarşı etiraz edir.

Amerikanın Səsi yazır ki, paytaxt polisinin bildirdiyinə görə şənbə günü yürüşdə 20 min insan iştirak edib.

Bəzi etirazçılar “Bir daha əsla” yazılan plakatlar nümayiş etdirib. Digərləri “Qaçqınlar qalmalıdır, nasistləri qovun” deyə şüarlar səsləndiriblər.

Mühafizəkar Avstriya Xalq Partiyası və millətçi Azadlıq Partiyasından ibarət hakim koalisiya miqrasiyaya qarşı sərt mövqe sərgiləyir.

 

Bastainfo.com