İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır, özünü normal hiss edir

Bu gün Mİlli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər səhhətində narahatlıq hiss edib.

Müsavat Partiyası mətbuat xidmətinin “Basta”ya verdiyi məlumata görə, bununla əlaqədar İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçib.

Hazırda klinikada olan İsa Qəmbər özünü normal hiss edir.

Müsavat başqanı Arif Hacılıdan aldığımız məlumata görə, İsa Qəmbərin vəziyyəti stabildir.

“Klinikada İsa bəyin ürəyini yoxladılar, tibbi müayinədən keçirdilər, xüsusi narahatçılıq üçün əsas olmadığını dedilər”, – Arif Hacılı bildirib.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: