Polis 5,5 kiloqram narkotiki dövriyyədən çıxarıb

Azərbaycan polisi yanvarın 12-də ümumilikdə 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitəni dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Samux rayonu Qarayeri qəsəbə sakinləri Rəşad Abdullayev və Mircəfər Muradov 1 kiloqram 220 qram marixuananı satarkən saxlanılıb. M.Muradovun yaşadığı evdən daha 2 kiloqram 820 qram marixuana aşkar edilərək götürülüb.

Ağdaş şəhər sakini Seymur Şirəliyev 2,24 qram marixuananı satarkən saxlanılıb. Onun üzərindən əlavə 1,45 qram, yaşadığı evdən isə 475 qram maxuana aşkar edilərək götürülüb.

Bakının Pirallahı qəsəbə sakini Elçin Mansumovdan 410 qram marixuana, Sumqayıt şəhər sakini Malik Abbasəliyevdən 46,818 qram tiryək və 450 qram marixuana götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: