“İsa bəy özünü yaxşı hiss edir” – Arif Hacılı

Müsavat başqanı Arif Hacılı dünən rahatsızlanaraq Mərkəzi Klinikaya yerləşdirilən MSDM(Milli Strateji Düşüncə Mərkəzi) sədri, Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərlə görüşdüyünü, onun yaxşı olduğunu bildirən status yazıb. Arif Hacılı İsa bəylə birlikdə foto da paylaşıb.

“İsa bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgücləndirici tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq.”- Arif Hacılı bildirib.

 

Bastainfo.com