Yevda Abramov təcili əməliyyat olundu

Milli Məclisin deputatı Yevda Abramovun səhətində ciddi problemlər yarandığına görə Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Bu barədə “Report”a Azərbaycanın baş onkoloqu Azad Kərimli məlumat verib. 

Onun sözlərinə görə, deputat artıq narkozdan ayılıb və özünü yaxşı hiss edir, danışır. 

A.Kərimli bildirib ki, deputatdan əməliyyat zamanı götürülən nümunələr əlavə müayinəyə verilib: “Ona görə də deputatın onkoloji xəstə olmasını indidən demək mümkün deyil. Nəticələri gözləmək lazımdır”.

Baş onkoloq Y.Abramovun xəstəxanadan nə vaxt çıxmasının xəstənin səhhətindən asılı olduğunu desə də, “Basta” qeyri-rəsmi mənbədən artıq deputatın müalicə üçün İsrailə aparılması barədə məlumat əldə edib.

Xatırladaq ki, ilk olaraq Abramovun əməliyyat olunmasını Unikal.org-a açıqlamasında millət vəkilinin qızı Bəsdi Abramova deyib. Bəsti abramova bildirib ki, “3 gün əvvəl atamın səhətində problem yarandı və xəstəxanaların birinə yerləşdirdik. Həkimlər atamda onkoloji xəstəlik aşkar etdilər. Bu gün Milli Onkologiya Mərkəzinə yerləşdirilib və hazırda xəstəxada cərrahi əməliyyata götürülüb. İki saat əməliyyat olacaq. Hələlik atamın səhhəti ilə bağlı heç nə deyə bilmirəm”.
Yevda Abramovun əməliyyatı bitdi və reanimasiyaya yerləşdirildilməsi barədə millət vəkilinin qızı Bəsdi Abramova Unikal.org-a ağlayaraq deyib:  “Reanimasiyaya yerləşdirildi. Həkimlər nədənsə mənə şad xəbər vermədilər. Yevda müəllimin köməkçisi hazırda onun yanına reanimasiyaya qalxıb və mənə isə icazə vermədilər”.
Yevda abramov 53 saylı Quba-Qusar seçki dairəsinin deputatıdır.
Bastainfo.com