Amerika prezidenti abort əleyhinə yürüşə dəstək verdi

Abort əleyhinə hər il təşkil edilən ənənəvi  “Həyat üçün yürüş”  mitinqinə ölkənin müxtəlif ərazilərindən Vaşinqtona toplaşmış minlərlə etirazçı  doğulmamışları müdafiə məqsədilə plakat qaldırmış,  şüarlar səsləndirmişlər.

The Telegraph xəbər verir ki, prezident Tramp aksiyaya dəstək verib. Tramp videorolik vasitəsilə kütləyə müraciət edib.  O deyib ki, ilk prezidentdir ki, 45 illik hərəkata müraciət edir.

2008-ci ildən etibarən illik mitinqdə iştirak edən San Antoniodan, Texas ştatından Karen Herzog kimi abort əleyhinə fəaliyyət göstərən aktivistlər üçün cənab Trumpun sözləri ürəkaçan olub.

O, abort klinikası işçilərinin “çıxış strategiyası” hazırlamağa kömək edən bir təşkilatı təmsil edir.

Virciniyadan olan Caroline kimi etirazçılar üçün mitinq başqaları ilə övladlığa götürmə təcrübəsini bölüşmək imkanı oldu.

O, deyir ki, qızını abort seçimini dəyişərək, bir cütlüyə “özünün bir hissəsi ilə ailəni tamamlamağa” kömək edib.

Heybət Əmrah

Bastainfo.com