Müsavatçılar rayonlarda da, şəhidləri ziyarət etdilər – Fotolar

Bu gün Müsavat Partiyasının rəhbərliyi və rayon təşkilatlarının fəalları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri tərəfindən qətlə yetirilmiş şəhidləri Bakıdakı Şəhidlər Xiyabanında və rayonlardakı Şəhidlər Xiyabanlarında ziyarət etdilər.

Bu gün 20 Yanvar şəhidlərinin ziyarətinə gedən Müsavat Partiyasının Cəlilabad rayon təşkilatının üzvləri polis zorakılığı ilə üzləşiblər. Rayon təşkilatından “Basta” ya verilən məlumata görə təşkilatın 3 üzvü saxlanılsa da, bir müddət keçdikdən sonra sərbəst buraxılıblar.

Yaradılan süni maneələrə baxmayaraq Cəlilabad müsavatçıları şəhidləri ziyarət ediblər.

Şirvan təşkilatı