“… yolunuzu açmağa gedirik”

Azərbaycan rəsmiləri artıq 20 yanvar şəhidlərini ziyarət zamanı insanlara qarşı hörmətsizlik etməyə alışıblar. Ziyarətçiılərin hərəkətinə yersiz maneələr, lüzumsuz kardonların qurulması artıq adi hal alıb. Bu günkü ziyarət zamanı da oxşar neqativ hallara rast gəlinib. Sosial şəbəkələrdə bəzi insanların əllərində tutduqları gülləri yerə atıb getdikləri USERlər tərəfindən təəssüflə qeyd olunur.

Müsavat başqanın müavini Razim Əmiraslanlının bastaya verdiyi məlumata görə bu gün də ziyarət zamanı ziyarətçilərə süni maneələr yaradılıb: “Şəhidlərin ziyarətinə buraxmırdılar. “Qrafik var, Müsavat saat 15-də buraxılacaq”- deyirdilər. Qarşımızı polis kardonları ilə kəsmişdilər. Arxamızda və önümüzdə minlərlə adam toplaşmışdı. Artıq ciddi sıxlıq yaranmışdı. “Şəhidlər ölməz, vətən bölünməz” süarını səsləndirdik. Yol kəsən polislərin  gərginləşməsi hiss olunurdu. Ciddi basabas yaranırdı. Kardonu açmırdılar”.

R. Əmiraslanlının bildirdiyinə görə kardonun açılmadığını gördükdə Müsavat başqanı Arif Hacılı irəliləmək üçün qərar verdi.

“Adamları yarıb önə keçdiyimiz zaman ziyarətçilərin ” hara gedirsiniz” – sualına Arif bəy – “… yolunuzu açmağa gedirik” – deyə cavab verdi. Getdik, öz yolumuzu da, burada zorakılıqla qarşısı alınan başqalarının da yolunu açdıq. Beləliklə, süni yaradılmış maneəni yarıb şəhidlərimizi ziyarət etdik. Tanrı şəhidlərimizin ruhun şad eləsin”.

0001
0002
0003
0005

A. İsmayıl

Bastainfo.com