Bakıda Radioquraşdırma zavodunda dəhşətli partlayışlar baş verdi

Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib. Əhmədli sakinlərinin “Basta”ya verdiyi məlumata görə, 4 dəfə dalbadal güclü partlayış səsləri eşidilib.

“Report”un məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən “Report”a verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur. Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.