İsveçrə tullantıları qızıla çevirir

Məişət tullantılarını emal edən  dünyanın ən müasir aqreqatı İsveçrədədir. Sürixdə fəaliiyət göstərən  aqreqat  xüsusi texnologiyalardan istifadə edərək  mis, gümüş və qızılın zibildən təmizlənməsinə  imkan verir.

Qurğu çox fəal şəkildə istifadə edilir.  Mütəxəssislər keçən il onun köməyi ilə 1750 kq gümüş, 65 kq qızıl və 2,9 mln. kubmetr alüminium alındığını bildiriblər.  Alınan metalların ümumi dəyəri 3,4 milyon frank  olub.

Hökumətin məsləhətçisi Markus Keginin sözlərinə görə, İsveçrənin  tullantılardan “qızıl mədəni” açmaq  şansı var. Ayrı-ayrı zibil topalarının  yandırıldığı zaman yerində qiymətli xammal  qalır. Yeni quraşdırma sayəsində bu qüsur aradan qaldırıla bilər. Eyni zamanda ekspert, bu şəkildə əldə edilən metalların birbaşa sənayedə istifadə edilə biləcəyini vurğulayır.

Heybət Əmrah

bastainfo.com