Nazirliyin təhlükəli hesab etdiyi proqram bloklandı

Azərbaycanda “GetContakt” proqramının istifadəsinə qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, bu gün səhər saatlarından etibarən proqrama giriş etmək mümkün olmayıb. İstifadəçilər proqramda əməliyyat gerçəkləşdirmək istəsələr də, səhifə açılmayıb.

***

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, “GetContakt” proqramı nazirlik tərəfindən bloklanmayıb.

Qeyd edək ki, proqram vasitəsilə kimliyi bilinməyən nömrələrin kimə məxsus olduğunu müəyyən etmək olurdu. Bir neçə gün əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sözügedən proqramın təhlükəli olması barədə xəbərdarlıq yaymış və bunun istifadəçilərin şəxsi məlumatlarının oğurlanmasına istiqamətləndiyini bildirmişdi.

 

Bastainfo.com