Tayvanda dəhşətli zəlzələ – binalar əyildi
The Telegraph xəbər verir ki, Tayvanda güclü zəlzələ baş verib. Xilasedicilər azı 4 adamın öldüyü və 200-dən çoxunun xəsarət aldığı 6.4 bal gücündə baş verən zəlzələdən sonra Tayvandakı təməllərindən təhlükəli şəkildə əyilən binalarda sağ qalanları axtarmaqla məşğuldur.
Dağıntılar xeyli insanı çıxılmaz vəziyyətə salıb. Baş verən hadisə ölkəninən ən çox şərq sahillərində Hualien şəhərini sarsıdıb, gecə saatlarında bir sıra güclü partlayış səsləri eşidilib.
Ən azı altı yüksək bina yana əyilərək qalıb. Ən pis durumda olan binalar təxminən 45 dərəcə altında əyildiyi üçün əraziyə kranlar gətirilib.
Səlahiyyətlilər zəlzələdən sonra hələ nə qədər adamın itkin düşdüyünü açıqlamaqda çətinlik çəkdiklərini bildirirlər.
Çərşənbə günü erkən saatlarında xilasetmə işləri böyük restoran, dükan və bir yataqxanadan ibarət Yun Tsui yaşayış binasına yönəldilib.
“Birinci mərtəbənin yerə batdığını gördüm” – 35 yaşıı Lu Chih deyir. O, binadan 20 adamın xilas edildiyini gördüyünü deyir. “Sonra o, batdı və qalan mərtəbələr əyildi. Mənim ailəm xilas oldu, amma qonşular başlarından yaralanmışdı, qanları axırdı”
80 yaşlı Chen Chih, zəlzələ baş verdiyi zaman binanın üst mərtəbəsində olan mənzildə yatdığını söyləyib.
“Mənim yatağım tamamilə şaquli idi” – deyir. Zəlzələnin çox güclü olduğunu və Hualiendə son əlli ildə ilk dəfə hiss etdiyini sözlərinə əlavə edərək, xilasediciləri gözləmək üçün balkona çıxdığını söyləyib.
Şəhərdə xəstəxana və mehmanxana da daxil olmaqla daha çox binaya ziyan dəyib, yollar dağılıb.
Milli Xilasetmə Agentliyinin məlumatına görə, şəhərdə 4 nəfər həlak olub, 225 nəfər yaralanıb. Ziyan görən binalardan 117-dən çox adam təxliyə edilib.
Heybət Əmrah
bastainfo.com