Əfqan Muxtarlı müvəqqəti azadlıqda

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bu gün saxlandığı Şəki İstintaq Təcridxanasından müvəqqəti olaraq buraxılıb. Bu haqda “Basta”ya Müsavatın Divan üzvü Elman Fəttah məlumat verib.
 .
Əfqan Muxtarlı artıq Zaqataladadır. Ona əzizlərinin 40 mərasimində iştirak etmək üçün iki gün möhlət verilib. Jurnalist Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının nəzarəti altındadır.  
 
“Basta”nın əldə etdiyi məlumata görə,  Əfqan Muxtarlının yas mərasimində iştirak etmək üşün sərbəst buraxılmasına diplomatik korpusun nümayəndələri ilə hakimiyyət arasında aparılan danışıqların sayəsində razılıq verilib.
 .

 
Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ona qarşı irəli sürülən ittihamların uydurma olduğunu bildirib.
 
2017-ci il dekabrın 31-də onun bacısı Nuranə Muxtarlı iki azyaşlı uşaqla birgə faciəvi şəkildə həlak olub.
 
Bastainfo.com