Rusiyadan alınan silah və hərbi texnika sınaqdan keçirilib

Azərbaycanla Rusiya arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Azərbaycan ordusunun bölmələrinin silahlanmasına daxil edilib. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub. Müdafiə Nazirliyi Rusiyadan gətirildiyi bildirilən hərbi texnikanın əks olunduğu video-görüntüləri yayıb: