“Sevgi zad boş şeydi”

Hamilələr və mədəsi həssas olanlar oxumasın

Bizim həyətdə qadınlar hər səhər yürüyüşə çıxırlar, tez tez onlara qatılıram. Bu səhər də düşdüm. Gəzintinin sonunda oturub həm dincəlir, həm söhbət edirik.

Bu dəfə söhbət subaylığımızda yaşadığımız eşq-məhəbbət macəraları oldu. 22 illik evli bir xanım dedi ki, sevgi zad boş şeydir, bir söz sizi hər şeydən soyuda bilər.

Bu xanım səkkiz yaşından qonşunun oğluna vurulur. 17 yaşındaykən anasının uzaq qohumu da buna elçi düşür. Deyir, ailəm məcbur eləmədi, amma tam bu dönəmdə sevdiyim oğlanın bacısı məktub gətirdi.

Məlum olub ki, qonşu da buna vurulub, o səkkiz yaşından sevdiyi ilk məhəbbəti. Sevincək olub, bu da məktub yazıb.

Qəsəbənin pastanesində görüşə gedib. Oturub söhbət edirmişlər, qız deyib gəl, hərəmiz bir sirr açaq, heç kimin bilmədiyi. Razılaşıblar.

Qız etiraf edib ki, mən səkkiz yaşımdan seni sevmişəm, 9 ildir bu günü arzulamışam.

Sıra oğlana gəlib, oğlanın da 18 yaşı varmış, deyib mənim ən böyük sirrim burun po*u yeməyimdir, heç kim bilmir, tərgidə bilmirəm.

Qız deyir, durub tez evə gəldim, anama dedim yengəmləri çağır, elçi gəlsinlər, o qohuma ərə gedəcəm. Bir də sevgi-məhəbbətə inanmadım.

P.S. Evdə 3 sort yemək var, mən də səhər yeməyinin üstündəyəm. Bu söhbətin mənə qazancı iştahımın küsməsi oldu, hər dəfə qazan tərəfə gedəndə yadıma düşür.

 

Yazı Şebnem Karslının facebook səhifəsindən götürülüb.