Əfqan Muxtarlı möhlət başa çatmadan həbsxanaya qaytarıldı – ilginc səbəb

Jurnalist Əfqan Muxtarlı yaxınlarının yas mərasimində iştirak etməsi üçün ona verildiyi vaxt başa çatmamış geri çağırılıb.

Bu barədə saytımıza Musavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli  məlumat verib. O deyib ki, Əfqan Muxtarlıya yaxınlarının 40 mərasimində iştirak etməsi üçün verildiyi vaxt sabah  başa çatsa da, bu gün geri, təcridxanaya çağırılıb. Mustafa Hacıbəylinin ehtimalına görə, buna səbəb Əfqanın mətbuata verdiyi müsahibə ola bilər. 

Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva da bu barədə özünün facebook səhifəsində yazıb: 

“Əfqanı bu gün təcridxanata qaytarırılar. Penitensiar Xidmətdən zəng gəlib ki, saat 4 -də Şəki istintaq təcridxanasına aparılsın. Halbuki, sabah səhər 8 -də qaytarılmalı idi. Ona iki günlük icazə vermişdilər. Amma azadlıqda qalmasına bircə gün də dözmədilər. Bu da onu göstərir ki, ona qarşı daha sərt və qəddar davranırlar və bu davranışı davam etdirəcəklər”.

Qeyd edək ki,  Gürcüstandan oğurlanaq gətirilən araşdırmaçı jrnalist Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb, ona 6 il həbs cəzası verilib. 

Heybət Əmrah

bastainfo.com