Məclis qərar verdi: Müsavat seçkilərdə iştirak etməyəcək

Bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib. Sessiyada aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri müzakirə edilib. 

3 saatdan artıq davam edən müzakirələrdən sonra Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın başqanı Arif Hacılı bildirib ki, Müsavat seçkilərə qoşulmasa da, seçki saxtakarlığına fəal mübarizə aparacaq. Arif Hacılı bu mübarizəni demokratik düşərgədə olan digər partiya və təşkilatlarla birgə aparmağa hazır olduqlarını da açıqlayıb.

Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər özünün və Müsavat Partiyasının bütün fədakarlıqlara hazır olduğunu, əliyev hakimiyyətinin 7 il davam etməyəcəyini, xalq tərəfindən tezliklə tarixin arxivinə göndəriləcəyinə əmin olduğunu bildirib.

 

 

Bastainfo.com