Rusiyanın sərnişin təyyarəsi qəzaya uğradı: 71 ölü

Rusiyada 71 sərnişin və ekipaj üzvünü daşıyan təyyarə Moskva yaxınlığında qəzaya uğrayıb.

TASS agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat verib ki, qəzada sərnişinlər və ekipajın bütün üzvləri həlak olublar.

Uçuşlara nəzarət edən FlightRadar24 veb saytında verilən məlumata görə, təyyarə Domodedovo hava limanından göyə qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib.

Saratov hava yollarına məxsus An-148 təyyarəsi Moskvadan Orska uçurdu. Təyyarənin Moskvada 80 kilometrlik məsafədə yerləşən Arqunovo kəndi yaxınlığındakı əraziyə düşüb.

İlkin məlumata görə, qəzaya təyyarədəki texniki nasazlıq səbəb olub. Sosial şəbəkədə təyyarənin  düşmə anının video-görüntüləri yayılıb.