Tramp demokratların Rusiya memorandumunun qarşısını aldı

ABŞ prezidenti Donald Tramp demokratların respublikaçıların Federal Təhqiqat Bürosunun Rusiyanın 2016-ci il prezident seçkisinə müdaxiləsi ilə bağlı istintaqı zamanı səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham edən memoranduma cavabını blok edib.

Cümə günü yaydığı məktubda Ağ Ev məsləhətçisi Don MaQan deyib ki, Trampın Demokratların memorandumunu yaymağa qərar verib, çünki “memorandumda bir sıra məxfi və mühüm məlumatlar yer alıb.”

Nümayəndər Palatasının ikinci ən yüksək səviyyəli demokratı cümə günü verdiyi bəyanatında, “Prezident Trampın demokratların yazdığı memorandumun yayılmasının qarşısını alması dərin narahatlıq hissi doğurur” deyib. O deyib ki, Tramp fevralın 2-də “Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin respunlikaçı üzvlərinin hazırladığı birtərəfli, yanlış memorandumu yaymasından sonra, amerikalılar bütün faktları görməlidir.”

MakQan deyir ki, dəyişikliklər olmalıdır

MakQanın Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Devin Nunesə ünvanladığı məktubda sənədə dəyişikliklər olunması tələb olunur.

Nunes cümə günü bəyanat yayaraq, “Mən demokratların memorandumunda bir çox mənbə və üsulların yer aldığı ilə bağlı xəbərdarlıq etmişəm. Bu idarələrin memonu heç bir dəyişiklik olmadan yayılmasının əleyhinə çıxması təəcüb doğurmur,” deyib.

Donald MakQan

Donald MakQan

Trampın Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Xüsusi Komitəsinin demokrat üzvləri tərəfindən yazılan memorandumu təsdiq edib-etməməsi üçün cümə gününədək vaxtı var idi.

Respublikaçıların memorandumu

Ötən həftə prezident respublikaçıların memorandumunun yayılmasına icazə verib. Həmin memorandumda FBI-ın sabiq Tramp kampaniyası məsləhətçisi Karter Peyc və onun Rusiya ilə əlaqələri ilə bağlı casusluq etmək üçün orderi düzgün yolla əldə etmədiyi bildirilib.

Memorandumda qaldırılan məsələlərdən biri FBI-ın federal hakimdən izləmə orderi əldə etmək üçün keçmiş britaniyalı casus Kristofer Stilin hazırladığı və Hillari Klinton kampaniyasının maliyyələşdirdiyi dosyedən istifadə edib-etməməsidir.

Respublikaçıların memorandumunda dosyenin order ərizəsinin mühüm hissəsini təşkil etdiyi qyed edilir, lakin hər hansı başqa sübutdan istifadə edilib-edilmədiyi bildirilmir. Respublikaçıların memorandumunda həmçinin FBI-ın dosyenin siyasi xarakteri və ya müəllifi ilı bağlı kifayət qədər açıqlama vermədiyini bildirilir.

Heç bir əngəl yoxdur

Memorandum yayılmadan öncə yanvarın 31-də FBI bəyanatında “Biz memorandumun doğruluğuna təsir göstərəcək mühüm faktların yer almamasından narahatıq,” deyə bildirib.

Federal Təhqiqat Bürosu demokratların memorandumu ilə bağlı şərh verməkdən imtina edib.

ABŞ rəsmiləri cümə günü Amerikanın Səsinə bildirib ki, kəşfiyyat icması demokratların memorandumunun yayılmasına “heç bir mühüm əngəl görmür.”

Ədliyyə Nazirliyinin demokratların memorandumu ilə bağlı narahatlıqlarına səbəblərdən biri o kəşfiyyat məlumatlarının çoxunun FBI-dan gəlməsi ola bilər.

FBI-ın keçmiş direktör yardımcısı Ron Hosko düşünür ki, əgər bu doğrudursa, diqqətli olmaq lazımdır.

Demokrat qanunvericilər Respublikaçıların təsdiq etdiyi bəyanatda FBI ərizəsindəki Stil dosyesinin mühümlüyünü şişirtdiyini iddia edir.

Ağ Evin bəzi rəsmiləri çaşqınlığı aradan qaldırmaq üçün orijinal FISA ərizəsinin yayılmasına çağırıb.

Amerikanın səsi